Dövriyyə (pul) vəsaitləri balansı sizə şirkətin cani hesabına nəzarət etməyinizə kömək edir. Bank hesabatları kimi, bu da sizə verilmiş müəyyən dövrün əvvəlində və sonunda əlinizdə nə qədər nağd vəsait olduğundan xəbər verir. Həm də nağd vəsaitlərin haradan gəldiyini və şirkətin bu vəsaitləri necə xərclədiyini göstərir.
Əgər iri korporasiyada çalışırsınızsa, şirkətin nağd vəsait hərəkətindəki dəyişikliklər çox güman ki, gündəlik işinizə təsir etməz. Bununla belə, dövriyyə (pul) vəsaitləri və gələcək layihələr barədə daim xəbərdar olmaq yaxşı olardı, çünki onlar sizin növbəti il üçün büdcə hazırlıqlarınızda lazımlı ola bilər. Nağd vəsait məhduddursa, böyük ehtimalla, sizdən xərclərinizi daha ehtiyatlı tutmaq tələb olunacaq. Əksinə, əgər boldursa, yeni sərmayə yatırımları üçün imkanlarınız yarana biləcək. Bunlar eynilə nağd vəsaitləri əksər
hallarda məhdud olan kiçik şirkətlərə də şamil oluna bilər. Bu cür şirkətlər hətta mənfəətli olsalar belə, sahibləri hərdən ödəniş cədvəlini tərtİb etmək üçün götür–qoy edə bilir.
Dövriyyə (pul) vəsaitləri balansı şirkətinizin mənfəəti nə dərəcədə uğurla nağd vəsaitə çevirdiyini göstərir və bu bacarıq nəticə etibarilə biznesin ödəmə qabiliyyətli olmasını təmin edir. 3–cü qrafikdə “Müştərək papaq asılqanı” şirkətinin 2013–cü ilin sonu üçün, dekabr ayının 31–ə olan dövriyyə (pul) vəsaitləri balansı”nda şirkətin 2013–cü ildə xalis nağd olaraq 166 000 dollar artım əldə etdiyini görürük. Qeyd etmək lazımdır ki, bu, gəlir bəyannaməsində göstərilən 347 500 don“ xalis gəlirlə eyni deyil. Gəlir bəyannaməsi özündə amortizasiya və əslində heç bir nağd vəsait tələb etməyən digər elementləri ehtiva edir.O, mədaxil və məsrəfləri nağd ödəmələr zamanı deyil, yaranan kimi qeyd edir. Dövriyyə (pul) vəsaitləri balansı isə gəlir bəyannaməsinin yalnız dəyərdən düşmüşlərini göstəridiyi, məsələn, maşın avadanlıqlarını əsas aktivlərə olunan sərmayə kimi qeyd edir.
Fikir verin, dövriyyə (pul) vəsaitləri balansı xalis gəlirlə başlayır, bır sıra tənzimləmədən sonra xalis nağd vəsaitə çevrilir. Misal üçün, burada ammortizasiya qiyməti geri hesablanır, belə ki, amortizasiya nağd vəsait tələb etməyən məsrəfdir.
Gəlin əsas terminləri bir daha nəzərdən keçirək.İlk böyük kateqoriya əməliyyat fəaliyyətindən yaranan dövriyyə (pul) vəsaitləridir. Bu, şirkətin davam edən əməliyyat fəaliyyətindən götürdüyü və ya həmin əməliyyatlara yatırdığı nağd vəsaitlərdir: müştərilərdən gələn nağd pul, maaşlara və ya materiallara xərclənən nağd pul və s. Şirkətin əməliyyatlardan yaranan dövriyyə (pul) vəsaitləri onun maliyyə durumunu izah edən çox yaxşı göstəricidir. Əgər bu göstərici mənfidirsə, deməli, şirkət çətin vəziyyətdədir.
Balans hesabatında borclar qısa və uzunmüddətli olmaqla iki yerə ayrılır. Qısamüddətli borclar bir il və ya daha az müddətdə ödənilməli olanlardır.Bura kreditorların hesabı, qısamüddətli maliyyə öhdəlikləri, məvaciblər və gəlir vergiləri daxildir.
İkinci böyük kateqoriya investisiya fəaliyyətindən yaranan dövriyyə (pul) vəsaitləridir. İnvestisiya dedikdə burada şirkətin mexaniki təchizatı və ya nəqliyyat vasitələri kimi aktivlərə sərf olunmuş pul və bu növ avadanlıqların satışından realizə olunmuş pul nəzərdə
tutulur. Şirkətlərin bir çoxu üçün sərmayələrdən gələn nağd vəsait mənfi olmalıdır. Bu, şirkətin nağd vəsaitinin bir qismini ona gələcəkdə gəlir gətirəcək aktivlərə investisiya etdiyi mənasına gəlir.
Üçüncü böyük kateqoriyamaliyyə fəaliyyətindən yaranan dövriyyə (pul) vəsaitləridir. Bu, özündə ya şirkətin sahiblərindən (səhmdarlarından) qəbul olunmuş, ya da şirkət sahiblərinə divident olaraq ödənmiş nağd vəsaiti ehtiva edir.Bura həm də kreditlərdən gələn və kreditorlara ödənilən nağd vəsait daxildir.
Bu əsas üç kateqoriyanı üst-üstə topladıqda nağd vəsaitin il ərzində artımını alacağıq. Əlbəttə, bəzi şirkətlər üçün bu azalma da ola bilər, ələlxüsus daşirkət sürətlə böyüyür və böyük həcmdə əsas aktivlərə investisiya edirsə.Nağd vəsaitin və likvidliyi yüksək olan
qiymətli kağızların artıb-azalmasını göstərən bu rəqəm iki ilin müqayisəsini ortaya qoyan balans hesabatının ən yuxarısında dayanır.