Elektra Otel Proqramı hazırda otel biznesində geniş yayılmış bir proqramdır.
Otellər böyük miqyaslı biznes növü hesab olunduğundan onu idarə etmək də çətindir. Otel biznesini idarə etməyi asanlaşdırmaq üçün bəzi yollar var. Məsələn, yaxşı menecerlər tapmaq idarəetmənizin keyfiyyətini artıra bilər. Amma işinizi daha sürətli və sadə etmək üçün Elektra Otel Proqramı kimi başqa praktik metodlara ehtiyac var.
Elektra Otel Proqramı idarəetməsi kimi proqramlar bu iş üçün əla seçimdir. Onlar həm online, həm də offline rejimdə işləmək imkanına malikdilər. Bütün işlərinizi dəqiq və səliqəli işləmənizə yardımçı olacaq bu tip proqramlar dünya miqyasında geniş yayılmış üsuldur. Artıq işini kağızla idarə edən bir müəssisə təsəvvür etmək çox çətindir. Yaxud da işlərini Elektra Otel Proqramı əvəzinə Excellə idarə edən bir otel düşünün. Bu idarəetmə metodu işçilərin bir anlıq dalğınlığının asanlıqla qurbanı ola bilər. Yaxud da bir qrup check in prosesinə gəldiyi zaman şəxs çoxluğundan çaşqınlıq yarana bilər və informasiyalar yanlış daxil edilə bilər. Və ya xidmət həddindən artıq yavaş aparıla bilər ki, bu da müştəri məmnuniyyətinə ciddi zərbə vurmuş olar.
Otelin daha asan idarə olunması üçün bir çox proqramlar mövcuddur. Bunlardan biri də Elektradır. Gəlin onun haqqında daha ətraflı bilək.
- Bu proqram Türkiyə istesalıdır. Bu sayədə proqramla tanış olarkən dil problemi yaşamayacaqsınız.
- Elektra Otel Proqramının istifadəsi praktikdir.
- 7/24 dəstək xidməti təqdim edir. Siz bu xidmət sayəsində istədiyiniz sualı istənilən anda ünvanlaya və cavab ala bilərsiniz.
- MBA-ya bağlı təhsil qurumlarında və bəzi universitetlərdə Elektra Otel Proqramı tədrisi olduğundan bu proqramı bilən kadr tapmaq asandı.
- Bu proqram otel sektorunda müəyyən təcrübəyə malikdir.
- Otelinizdəki bütün növ işləri əhatə edə biləcək elektron sistemə daxildir.
- Hər müəssisənin ehtiyaclarına uyğun dəyişdirilə bilər.
- Bu proqram daha performanslıdır.
Qeyd edək ki, göstərilən xidmətlər MedyaTurk şirkətimizin otel xidmətində də yer alır.