Gəlir bəyannaməsi yığılan yekun uçot qaydalarına uyğun olaraq şirkətin qazanc götürüb–götürmədiyini bildirir, yəni xalis müsbət gəlir (gəlir həm də mənfəət deməkdir, bu səbəbdən də gəlir bəyannaməsinə həm də mənfəət və zərər hesabatı da deyirlər). Bu, müəyyən vaxta uyğun – aylıq da ola bilər, rüblük də, illik də –şirkətin mədaxilini, məsrəflərini, mənfəətini və ya itkilərini göstərir.
Bəs gəlir bəyannaməsi bu mənfəət mənzərəsini necə təsvir edir? Hər şey müəyyən vaxt ərzində şirkətin mədaxili, ya da cəmi xalis satışlarıyla (hər ikisi eyni şeydir) başlayır. Sonra malların hazırlanması və xİdmətlərin icrası, əlavə məsrəflər, vergilər və sairədən tutmuş bütün müxtəlif xərclər sıralanır ve mədaxildən çıxılır. Ən alt sırada – hər şeydən axırda xalis gəliri,ya da mənfəəti göstərir. Gəlin bu bəyannamədə sıralanan elementləri daha yaxından teftiş edek.Satılan malların xərci- müştərək şirkətin asılqqn istehzali zamani çekdiyi xercdir. Bu özünde xammali ve əlmuzdu kimi istehsala birbaşa təsiri olan digər xərcləri ehtiva edir.
Mədaxildən COGS çıxıldıqda şirkətin əlavə xərcləri, vergiləri və sairi ödəmədən öncə nə qədər məcmu gəlir əldə etdiyini görəcəksiniz. Bu rəqəmdən istifadə edərək gəlir bəyannamələrində yer almayan, bununla belə, lazımi göstərici olan gəlirliliyi hesablaya bilərsiniz. Sadəcə məcmu gəliri ümumi mənfəətə bölmək lazımdır. “Müştərək papaq asılqanı”nın gəlirliliyi 1,6 milyon bölünsün 3,2 milyon dollar, yaxud da 50% olmuşdur.
İstismar xərcləri – həm də satış, ümumi və idarə xərcləri, yaxud da özündə icraedici işçilərin məvaciblərini, icarə haqqını, satış və marketinq xərclərini və məhsul istehsalına, xidmət icrasına birbaşa aid edilməyən diger mesrefleri ehtiva eden əlavə xərclərə deyilir. Meselen, şirketin telefon sistemi bu qəbildən olan xerc kimi qəbul oluna bilər.
Amortizasiya – olduqca uzun müddət istismar olunan əmlak xərclərinin təxmini hesablanması. Məsələn, kompüter sisteminin 3 il yararlılıq muddəti ola bilər. Odur ki, onun bütün xərclərini birinci ilində hesablamaq məntiqli deyil. Ondansa şirkət bu xərcləri 3 il müddətinə yayar. Əgər mühasiblər sadə,düzxətli amortizasiya metodundan istifadə edirsə, hər il gəlir bəyannaməsinə xərcin üçdə bir hissəsini daxil edərlər.
İstismar xərclərini və amortizasiyanı ümumi mənfəətdən çıxdıqda əməliyyat gəlirini almış olarsınız ki, adətən buna da vergi və faizdən öncəki qazanc də deyirlər. Faiz xərcləri və vergini EBIT–dən çıxdıqda xalis gəliri və ya mənfəəti əldə etmiş olursunuz – həmin məşhur ən alt sıra.