Dünyada təqribən 7% insanın öz biznesi var. Bununla belə bir çox insan öz şirkətini, biznesini qurmaq arzusundadır. Yüksək maaşlı işdə və ya yüksək vəzifədə işləməsindən asılı olmayaraq hər kəs öz biznesini xəyal edir. Əgər biznes qurmağa qərar vermsinizsə, bunun ilk və ən mühüm mərhələsi yaxşı bazar araşdırması etməkdir. Bazar araşdırmasına hansı sahələrin çox tələb gördüyünü axtarmaqla başlaya bilərsiniz. Son zamanlarda tələbata görə ən çox üz tutulan karqo sirketi acmaq-dır.
Onlayn alış-veriş artıq hər kəsin həyatının ayrılmaz bir hissəsidir. Bu sahədə öndə gələn ölkə isə Türkiyədir. Lakin, təəssüf ki, Türkiyənin elektron ticarət saytlarının Azərbaycana məhsul çatdırılması mövcud deyil. Bu da onlayn alış-veriş kimi karqo sirketlerini də həyatımızın bir parçası halına gətirir. Karqo sirketleri ölkə qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirən xidməti qurumdur.
Karqo sirketi acmaq üçün öncə şirkətin təşkilati və hüquqi formasını seçilməli (adətən bu MMC-dir) və dövlət reyestrinə daxil edilməsi üçün prosedur başladılmalıdır. Ətraflı məlumatı hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanunundan oxuya bilərsiniz.
Karqo sirketi acmaq üçün biznes planı
Bütün biznes növləri kimi karqo sirketi acmaq üçün də ilk edilməli olan biznes planının tərtib edilməsidir. Karqo sirketi acmaq tələbat çox olduğu üçün yaxşı fikir ola bilər, lakin nəzərə alın ki, kiçik yaşayış məntəqələrinin böyük həcmdə xidmətlərə ehtiyacı olmur, bu da gəlir səviyyəsinə mənfi təsir göstərir. Ona görə də böyük qazancları hədəfləyirsinizsə, böyük yaşayış məntəqələrində xidmətə başlayın.
Karqo sirketi acmaq barədə bilməli olduğunuz digər məlumat isə qurduğunuz biznes yalnız bölgə və ya şəhər daxilində oxşar şirkətlərlə rəqabət aparacaqdır. Bu səbəbdən də bazar araşdırmasının növbəti mərhələsi rəqiblərin analizidir. Onların hansı üstün və mənfi cəhətlərinin olduğunu yaxşı bilməlisiniz. Rəqibini yaxşı tanıyan hər zaman 1:0 qabaqda olar. Bu biznesin dəyişməz qaydasıdır. Lakin rəqiblərin analizi onların bütün iş prosesini kopyalamaq mənasına gəlmir. Bu rəqiblərinizlə eyni səhvləri etməyə gətirib çıxara bilər. Burada əsas məqsədiniz müştərilərin gözündə sizi rəqiblərinizdən ayıra biləcək bir xüsusiyyət tapmağınızdır. Bütün bunların hamısı biznes planınızın formalaşmasına kömək edəcək. Bu mərhələdə sizə kömək edə biləcək bir çox konsultasiya şirkətləri mövcuddur
Lazımi vasitələr
Biznes planınınızı tərtib etdikdən sonra növbəti mərhələdə lazımi tədarükləri və ləvazimatları təmin etməlisiniz. Bir karqo sirketi acmaq üçün nələr lazımdır? Əgər gətirdiyiniz mallar CD və ya kitabdan ibarət deyilsə, ilkin mərhələdə bir neçə ədəd avtomobil, bir ofis və bir anbar lazımdır.
Ancaq bütün bunlardan daha vacibi karqo sirketinzin internet saytı (tətbiqi) və sistemidir. Çünki karqo sirketi acmaq və iş prosesini təmin etmək üçün yaxşı işləyən saytınız (tətbiq) və sisteminiz olmalıdır. “Medya Turk Group” olaraq karqo sirketi acmaq istəyənlərə peşəkar xidmət göstərməyə hazırıq. Bəs bu işi niyə bizə həvalə etməlisiniz?
Qeyd etdiyimiz kimi karqo sirketi acmaq işinin təşkili internet saytı (tətbiqi) və sistemindən asılıdır. Əgər müştəri internet saytınızda həmişə xətayla üzləşərsə və ya tətbiqinizi yükləyə bilməzsə, o zaman ən sərfəli qiymət sizdə olsa belə sifariş qəbul edə bilməyəcəksiniz. Sisteminizin düzgün işləməməsi, həmçinin, sifarişlərin icrasında problem yaradacaq (məhsullar itəcək, yanlış adreslərə gedəcək, sifarişlər qəbul olnmayacaq).
Həmçinin, sisteminizin quruluşu ola bildiyincə müştəri yönümlü olmalıdır. Qeydiyyat, sifariş prosesində uzun prosedurlara, izafi məlumatlara yer verilməməlidir. İnternet saytınız kifayət qədər aydın dizayn və kontentə sahib olmalıdır. Bu müştərinin rahatlığı üçündür.
Sifarişi qəbul edib icra edən işçiləriniz üçün isə sisteminiz problemsiz işləməlidir. Bağlamaların sistemə işlənməsi, izlənməsi nə qədər rahat, operativ olsa müştəriyə göstərdiyiniz xidmət də o qədər operativ olar.
Bundan əlavə, qurulan internet saytı, eyni zamanda, SEO standartlarına da uyğun olmalıdır. Bu sizin biznesinizin böyüməyi üçün olduqca vacibdir. Habelə, brendin fərqli cəhətlərinin və korporativ ideanın düzgün formada vizuallaşdırılması (istər peşəkar reklam və PR, istərsə də, yüksək səviyyədə tərtib edilmiş internet təmsilçiliyi) bilavasitə brendin qiymət artımına təsir edir.
Odur ki, bu işi əsl peşəkarlara həvalə etmək lazımdır. İşə yeni başlayan qeyri-professionallara bu cür mühüm işi həvalə etməklə biznesinizə ziyan vura bilərsiniz. “Medya Turk Group” indiyədək aralarında bir çox nəhəng firmalarında olduğu onlarla brendlə çalışmışdır.
Unutmayın ki, vaxtında edilən investisiya heç vaxt məsrəf sayılmır. İndi internet saytınıza, sisteminizə etdiyiniz investisiya, gələcəkdə sizə gəlir gətirməklə qalmayacaq, həm də itki verməyinizə mane olacaq.