XƏSTƏ QEYDİ VƏ QƏBULU MODULU
Müəssisəyə ilk dəfə müraciət edən , məlumat bazasında haqqında qeydiyyatlar olmayan
xəstələrə aid ümumi məlumatları daxil etməyə imkan verən , əvvəlcədən haqqında
qeydiyyatlar olan xəstələr üçün də yeni daxil olma qeydiyyat forması açan , xəstəni müəssisə
daxilindəki əlaqədar klinikaya göndərən və müəyyənləşdirilən axtarış kriteriyalarına görə
qeydiyyatı olan xəstələr haqqında informasiyanı ekranda göstərən funksiyadır . Ödnişlərin
yoxlanması və kassaya giriş və çıxışlara nəzarət edilməsi də bu modulla həyata keçirilir .
AMBULATOR XƏSTƏYƏ XİDMƏT MODULU
Xəstənin müraciət etdiyi vaxtdan başlayaq , müayinə edilməsinə və xəstəxanadan çıxmasına
qədər olan müddət içərisində , poliklinikalarda ehtiyac olan ; bütün tibbi və
maliyyəəməliyyatlarının elektronik sistemə daxil edərək lazımlı qeydiyyatların aparılması və
bu informasiyanın lazım olanda axtarılması məqsədini daşıyır . (açar sözər: fonet yazılım)
KASSA ƏMƏLİYYATLARI MODULU
Xəstə ilə əlaqdar bütün əməliyyatlara detallı formada nəzarət edib ödəniş alınmasına ,
xəstəxananın digər şöbələrinin gəlir və xərclərinə ( yeməkxana ,aptek ,bufet ) nəzarət edən
moduldur . Günün axırında , yaxud istənilən iki tarix arasındakı müddətdə alınmış ödəniş və
avans əməliyyatları ilə əlaqədar detallı yoxlanma aparılır və hesabat hazırlanır . Xəzinə
qəbzlərinin kağız nüsxəsini almaq mümkün olmalı və bu qəbzlərdə ödənmiş məbləğin detallı
şəkildə xırdalıqları da göstərilməlidir . Ödəniş edən xəstənin lazım olan məbləği ödəməsi
haqqında informasiya , əlaqəli xidməti göstərən şöbəyə dərhal avtomatik qaydada verilir .
GƏLİR – XƏRC HAQLARI UÇOTU
Xəstəxananın müsabəsinin aparılması məqsədilə gəlir və xərclərə nəzarət edən
xəzinələrdən aparılan ödənişləri yoxlayan ,gəlir və xərcləri detallı formada araşdıran bir
moduldur . Xəstəxananın müəyyənləşdirdiyi qaydalar çərçivəsində Həkim və Personalların (açar sözər: fonet yazılım)
gəli – xərc haqların hesablayan və əlaqədar hesabları alan moduldur .
SİSTEM İDARƏEDİCİSİ ( MENECERİ ) MODULU
Xəstəxanada avtomatlaşdırma işlərinə görə təyin edilmiş xəstəxana personalının
( işçisinin ) istifadə etməsi üçün hazırlanmış moduldur . Avtomatlaşdırma üçün lazım olan
bütün təyin etmələrin həyata keçirilməsini təmin edəcəkdir . Avtomatlaşdırma programının
parametr strukturunu idarə etməyi nəzərdə tutur .
STASİONAR XƏSTƏYƏ XİDMƏT MODULU
Müəssisəyə stasionar xəstə kimi qebul edilən xəstələrin klinik müşahidələrini aparan ,
xəstələrdəki gündəlik dəyikliklərə nəzarət edən moduldur . Xəstələrin laboratoriya ,
radioloji , müalice və tibb bacısı müdaxilələrinə nəzaret etməyə imkan verir . Xəstə və
xəstənin faylına elektronik formada nəzarət edilməsini və qeydlərin aparılmasını təmin edir .
LABORATORİYA İNFORMASİYA SİSTEMİ
Laboratoriya modulunun içərisinə , Xəstə Etiketləmə , Analiz Nəticələrini Daxil Etmə , Analiz
haqqında Hesabat Hazırlama , Dərman və Mal – Material və Ləvazimat Tələb Forması ,
Laboratoriya Hesabatları əməliyyatları daxildir . Laboratoriya Modulu səlahiyyətli
laboratoriya işçisi tərəfindən istifadə edilir . Bu modul , stasionar xəstələr , poliklinika xəstələri və birbaşa müraciət edən xəstələrə aid laboratoriya tələblərinin qeydiyyatını aparmaq və alınan hər növ laboratiya nümunəsinin qarışıq düşməsinin qarışısını almaq üçün avtomatik etiketləməsini həyata keçirmək məqsədi daşıyır . Xəstələr üçün aparılan analiz xəstələrlə əlaqədar aparılan maliyə qeydiyyatlarına göndərilir.
ÖZƏL SIĞORTA FAKTURASI MODULU
Xəstəxananın bütün faktura əməliyyatlarını aparan və ona nəzarət edən moduldur . Özəl
sığorta müəssisələrində verilən fakturalar və onlar haqqında detallı məlumatı istənilən
müddət aralıqlarında göstərən və sığorta müəssisələrindən gələn ödənişlərə nəzarət edən bir moduldur . Özəl sığorta müəssələri ilə bağlanan müqavilələrdə göstərilən xidmətlərin
məbləğlərini ayrı – ayrı müəyyənləşdirən və xüsusi endirimlərə nəzarət edən bir moduldur .
Fonet proqramı. STATİSTİKA
Bu modulu əsl məqsədi xəstəxana idarə edicilərinin , idarəetmə və strateji qerarları verə
bilməkləri üçün , xəstəxanada həyata keçirilən bütün tibbi və maliyyəmənbələrin nəzarət
etməklərinin , hər hansı bir personaldan soruşmağa ehtiyacı qalmadan araşdırmaqlarının ,
qiymətləndirmələrinin və analiz aparmalarının mümkünlüyü təmin etməkdir . İstifadəçi
məlumatının daxil edilməsi , Müayinə – Xidmət Siyahıları , Müəssisənin Ümumi Məlumatının
Daxil Edilməsi , Kodlu Məlumatın Daxil Edilməsi , Sistem İnformasiyanın Təşkili , Hesabat
İdarə Etməsi əməliyyatları da bura daxildir .
RENTGEN
Radioloji İnformasiya Moduluna : Radioloji Qeydiyyatı , Həkim Təyinatı , Görüşü Əvvəlcədən
Təyin Olunmuş ( Rendevu almış ) Xəstə Müayinəsinin Təşkili , Xəstənin Tibbi Məlumatının
Daxil edilməsi , Xəstənin Tibbi Göstərilməsi və Göstərilmə Haqqına Hesabatvermə ,
Radiloji Hesabatı Hazırlanması , Xəstə Etiketlənməsi , Dərman , Sərf Edilın , Material
Tələbi , Radiloji Statistikası Hesabatı və s. əməliyyatlar daxil edilməlidir .
APTEK DƏRMAN FONDUNA NƏZARƏT MODULU
Dərman firmalarından alınmış dərmanların daxil olunması , çıxışı və xəstxana içərisində
paylaşdırılmasını və yoxlanılmasını həyata keçirən moduldur . Poliklinika , xidməti kimi
şöbələrin oz rezeverləri (fondları ) üçün dərman tələblərini təqdim edərək , dərman rezervində
bu tələblər üzrə araşdırmalar apardıqdan sonra , uygun hesab edilən miqdarda dərman çıxışı
əməliyyatlarını reallaşdırmaq mümkündür . Dərmanların son istifadə tarixi , kritik səviyyə kimi
faktorları nəzərə alaraq , xəbərdarlıq sistemi ilə istifadəçiyə dərhal məlumat göndərilir ,daha fəal
və məhsuldar fəaliyyət göstərməkləri təmin olunur . Bununla yanaşı , dərmanların xəstəxana
içərisindəki hərəkət trayektoriyalarına nəzarət etmək üçün lazım olan stastik məlumatlar
istifadəçiyə təqdim edilir . Rezerv içərisində baş verə bilən , arzu edilməyən vəziyyətlərdə
dərmanların tullantı yerlərinə aparılması , eyni zamanda ədədinə görə bölmələrdən çıxışı və
rezervlərin təyinatının düzgünlüyü təmin edilir .
MATRİAL FONDUNA NƏZARƏT MODULU
Xəstəxana istifadə edilən hər cür materiala nəzarət edən moduldur . İdarəetmə şöbələri
daxil olmaqla , hər şöbədən lazımlı materiallar üçün tələb təqdim edilir , bunun qarşılığında
fonddan çıxış əməliyyatları aparılır , hansı malın və yaxud materialın hansı şöbədə istifadə
edildiyi qeyd olunur . Keçmişdə hansı tarixdə , hansı firmadan neçə ədəd və hansı qiymətə
alınması barədə də məlumatı görmək mümkündür . Aptek bölməsində olduğu kimi , kritik
miqdarla əlaqədər xəbərdarlıq sistemləri də mövcuddur .
ƏMƏLİYYATXANA
Sistem içərisindəki hansısa bir terminaldan alınan əməliyyat aparılması üçün görüş tələbi
( rendevusu ) qeydiyyata alınmalıdir . Görüşü tələb edən adam görüş haqqında təstiqləmə
məlumantını bu modulda yoxlaya bilər . Doğuş , Anesteziya şöbələrində və Ayıltma
Otaqlarında istifade olunması mümkün olan formada hazırlanmış , əməliyyatxana qeyd
dəftərçəsi ilə əlaqadar məlumatlar burada mövcuddur . Əməliyyatda kimlərin iştirak etməsi
( cərrah , anestezoloq , tibb bacısı , texniki işçi ) haqqında məlumat da qeyd olunur .
Əməliyyatxanada aparılan bütün əməliyyatlar , hərəkətlər , klinika və poliklinika modullarında
olduğu kimi faylına / xərc fakturasına yazılır . Xidmətlərin və istifadə edilən materialların ,
daxil olma / çıxış / fond / tələb əməliyyatları aparıla bilər .
XƏTALARA VƏ PROBLEMLƏRƏ NƏZARƏT
Müəssisə içərsində çıxan problem və xətalara nəzarət edilməsini həyata keçirən bir moduldur .
Müəssisə cihazlarında yaxud xəstəxana içərsində hər hansı bir hissədə meydana gələn
problemin əlaqədar şöbəyə istiqamətləndirilməsi əməliyyatından ibarətdir . Avtomatlaşdırma
programında yarana bilən xətalar , yaxud tələblər haqqında məlumatların əlaqədar şöbələrə
istiqamətləndirilməsi təmin edir .
ARXİV
Bu sistemdə , xəstələrin epikrizləri , əməliyyat hesabatları , laboratoriya nəticələri , stasionar
xəstə faylları , anamnez məlumatları , radioloji , patoloji , fizoterapiya , məsləhətlər haqqında
hesabatlar və s. Hər xəstə üçün ayrıca əlaqələndirilərək hər xəstəyə aid olan faylda
saxlanılması , lazım olduqda məlumatların yenilənməsi , səhv məlumatların düzəldilməsi
bilgilərə çıxış və analizlə əlaqədar funksiyalar vardır .
CİHAZLARA NƏZARƏT
Müəssisənin bütün cihazlarıana aid məlumatların daxil edildiyi moduldur . Cihazla əlaqədar
firma , müqavilə, kalibrasiya müddəti , texniki xidmət , təmir zamanı , cihazda meydana gələn
problemlər kimi prosesləri nəzərdə saxlayir . Hər hansı bir cihazın müəssisə içərisində hansı
vaxtında hansı şöbələrdə olduğu barədə məlumata nəzarət edə bilər .
DİALİZ
Dializ müalicəsi alan xəstələrin dializ seansına girmə – çıxma müddətləri və bağlı olduğu
cihaz məlumatlarına nəzarət , hər üçün müalicə müddətinəmaterallara nəzarət və giriş /
çıxış / rezerv / tələblərin həyata keçirən moduldur .
Xəstənin sağlamlığı ilə əlaqədar vacib məlumatlara ( damar tıxanıqlığı , hepatit , yüksək təziq və
- ) nəzarəti təmin edir . Xəstələrin dializ – seans görüş planlanması hazırlanaraq şöbənin
daha effektiv fəaliyyət göstərməyinə kömək etmək məqsədi daşıyır.
FİZİOTERARİYA MODULU
Fizioterapiya və reabilitasiya alması nəzərdə tutulan xəstələrlə əlaqədar bütün prosesseslər
bura daxildir . Görüş seansıplanlanır və xəstəylə aparılması nəzrdı tutulan bütün əməliyyatlar
təqvimə salınır . Daxil olma və çıxış müddətləri və həyata keçirilən əməliyyat bölgə
məlumantlarına nəzarət etməsinə şərait yaradırş Hər xəstə üçün müalicəsi müddətində
materiallar nəzarəti və material daxil olma / çıxış / rezerv / tələblərin reallaşdıran moduldur .
Xəstənin sağlamlığı ilə əlaqədar vacib məlumatlara ( damar tıxanıqlığı , hepatit , yüksək təziq
və s. ) nəzarəti təmin edir .
İNSAN RESUSLARI MODULU
Pesonal əməliyyatları modulunun məqsədi bütün işçilərlə əlaqəli əməliyyatların elektron
formada aparılmasını və idarə edilməsini təşkil edilməsidir .
Müəssisədə işləyən işçilərin icazə , xəstəlik bülleteni , xüsusi günlər kimi proseslərinə
nəzarət edilməsi ilə birlikdə işçilərin işə qəbul və işdən çıxışlarına nəzarət etməyi mümkün
edir .
QAN BANKI MODULU
Təcili və ambulator xəstələr və stasionar xəstələrlə əlaqədar qan və qan məhsulu tələblərinə
cavab verilməsi Qan Bankı üçün lazımlı qeydiyyatların aparılması məqsədini daşıyır . HBYS
üzərində donor haqqında qeydlər , transfuziya haqqında qeydlər , qan və qan məhsullarına
nəzarət edilməsi üçün geniş bir Qan Bankı modulu qurulmalıdır . Sistemin hazırlanması zamanı
beynəlxalq qan bankı sistemlərindən ( məsələn , AABB : American Association of Blood Bankı )
və kodlaşdırma sistemlərindən istifadə etmək olar .
TƏCİLİ TƏHLÜKƏSİZLİK KOD SİSTEMİ
Təcili professional müdaxiləsinin lazım olduğu hadisələr zamanı , professionalların təcili
müdaxiləsinə imkan yaradan ümumi xəbərdarlıq situasiyalarıdır . Bu təcili kod situasiyalarının
əsas məqsədi hadisə baş verdiyivaxt ən qısa müddətdə lazımlı müdaxilələr barəsində ortaq
bir müəssisə anlayışı yaratmaqdır . Kod situasiyaları kimi ümumilikdə , rəng adlandırmalarından
istifadə edilir .
Təcili Kod rənglərinə ,Mavi kod , Çəhrayı kod ( Uşaq təhlükəsizliyi ) Ağ kod ( hücum, sataşma ),
Sarı kod , Narinci kod ( Kimyəvi ) , Qırmızı kod ( Yanğın ) daxildir .
DENTAL KLİNİKA ( DİŞ KLİNİKASI )
Diş müayinə və müalicəsinə nəzarəti asanlaşdıran , tibbi görüntüləmə cihazları ilə integrasiya
olunan və istifadəçinin bütün etdiyi əməliyyatları diş aparatları üzərinə montaj edilmiş sensorlu
ekrandan qeyd edilməsinə imkan yaradan bir moduldur .
RƏQƏMSAL RENTGEN ( PACS )
Görünüm qiymətləndirmə , Arxivləmə və Rabitə kimi fəaliyyət göstərəcəkdir . PACS sistemi
onlayn fəaliyyət göstərir , bütün arxiv görünümlərində və bütün iş stansiyalarında axtarış
aparmaq onlara çıxışı təmin edir .
PACS sistemi “ nearline ” məntiqi ilə fəaliyyət göstərən DAS , NAS , SAN yaxud HSM kimi
saxlama stuktularını dəstəkləyir .
SƏNƏD İDARƏETMƏSİ SİSTEMİ
Hər növ sənədin / falın müəyyən sistematik formaya görə idarə edilməsi , daima arxivləşmə ,
istənilən sənədə təcili çıxış , lazımsız kağız və vaxt itkilərinin aradan qaldırılması insanlarla və
ya mühitlə əlaqədar təhlükəsizlik və mühavizə problemlərinin aradan qaldırılması məqsədini
daşıyır . Nəzarət etmək mümkün olan və şəffaf iş idarə etməsi . Arxiv üçün artan fiziki yer
ehtiyacınının aradan qaldırılması . Müəssisə yaddaşını yaradan moduldur .
XƏSTƏ TANIMA SİSTEMİ
Xəstə Tanıma Sistemi ( XTS ) , xəstə məmnunluğunu artırma , iş gücü və vaxt qazandırma
xüsusiyyətlərinə görə qiymətləndirilməlidir . Bu sistemlə xəstənin hansısa bir qeydiyyat
şöbəsinə getmədən , müayinə olacağı poliklinikaya gedib , xəstə təqdimat kartını poliklinika
qarşısında olan barkod oxuyucusuna oxudaraq , XTS -in arxa planında bütün qeydiyyat
əməliyyatlarını avtomatik formada qısa bir vaxtda bitirilməsini və müayinə növbəsinin
gəlməsini gözləməyini təmin etmək məqsədini daşıyır .
TİBB BACISI ÇAĞIRMA SİSTEMİ
Təcili tibbi yardıma ehtiyacı olan xəstələr , xəstə yaxınları və bütün xəstəxana işçilərinə qısa
müddətdə müdaxilə edilməsini təmin edən fövqəladə hal idarə etmə vasitəsidir . Ümumiyyətlə
hazırlanan bir çağırma sistemi vasitəsilə işçisi tərəfdən verilən kod , müəyyənləşdirilmiş
cavabdeh personalın əksəriyyətlə kardiyak arrest vəziyyətində olan xəstəyə müdaxiləsinə
şərait yaradır .
TEMPERATURA NƏZARƏT
Peyvəndlərin olduğu şkaflarda , peyvəndlər xarab olmaması üçün lazım olan tempuretura
nəzarət edə bilmək üçün istilik sensorlarından gələn tempurator haqqında məlumantın daimi
qeydiyyatını aparan və istifadəçilərin istədikləri vaxt peyvənd şkafının tempuraturu haqqında
məlumata çıxışını tmin edən moduldur . İstifadəçilər peyvənd şkafının tempraturu haqqında
məlumatı sensorlar bağlanan kompyuterdə tempuratura nəzarət programı ilə əvvəlki
tempuratur məlumatına baxa bilər və müvafiq məlumat haqqında hesabat hazırlaya bilər .
Bundan başqa , internet bazalı peyvənd nəzarəti interfeys köməyi ilə də dünyanın hər yerindən
peyvənd şkaflarının tempuraturuna baxmaq mümkündür .
İVR ( TELEFONLA GÖRÜŞ TƏYİN ETMƏ ( RANDEVU ) SİSTEMİ )
İVR , informasiya sisteminə uzaqdan telefon vasitəsilə girib , DTMF düymələri ilə yaxud da
səslə istiqamətləndirərək , infomasiya mübadiləsi aparmasına imkan verən bir interaktiv səsli
cavab vermə sistemidir . İVR sistemləri , müştərilərin yaxud şirkət işçilərinin telefondan istifadə
edərək çox növlü məlumata çıxışına və məlumat sistemləri üzərində əməliyyatlar aparmasına
şərait yaradır .
KEYFİYYƏT İDARƏ ETMƏSİ MODULU
Xəstəxanaların keyfiyyət standartlarına uyğun olaraq həyasta keçirın Xəstə və persanal arzu və
şikayətləri , təklifləri , Xəstə məmnunluğu anketləri , işləyənlərin məmnunluğu anketləri və s.
anketlər , işçilər üçün təlimlərin keçirilməsi , xəstəxana içərisində istifadə edilən bütün keyfiyyət
sənədlərinin yayılması , şöbə hədəf ( məqsıd ) kartları , xəstəxanada keçirilən iclaslara nəzarət ,
vəziyyəti düzəldən , qarşısını alan fəaliyyətlər kimi çoxlu keyfiyyət əməliyyatlarının kompyuter
vasitəsi ilə sistemə daxil edilməsi və ona nəzarətin təşkil edilməsinə imkan verən və bunların
nəticəsində bütün bu əməliyyatları sistem üzərindən ala bilmək şəraiti yaradan bir moduldur .
KİOSK
Xəstəxanaya müraciyət edən xəstələrin , Xətə Qəbulu Şöbəsinə getmədən, növbədə qalmadan,
xəstəxana içindəki KİOSK cihazlarından istədikləri poliklinikaya / həkimə getmək üçün növbə
ala bilməklərinə imkan verən moduldur . Moduldan istifadənin məqsədi , xəstə qəbul şöbəsində
toplanmış insanların azaldırılması və xəstələrin təcili əməliyyatlar istisna olmaqla digər
poliklinika qeydiyyatların buradan apar bilməklərini mümkün etməkdir . Sensorlu ekranı olan
cihazlar vasitəsi ilə istifadəçə dostu interfeys köməyi ilə xəstələr lazımlı əməliyyatları rahat
və sürətli bir formada həyata keçirə bilərlər .
YEMƏKXANAYA NƏZARƏT SİSTEMİ
Yeməkxanaya nəzarət sistemi ilə kompüter mövcud vaxtda ( onlayn ) məlumat alıb , kompüterə
yüklənən YNS ( YTS ) modulunda qeydiyyat aparılır və lazımlı əməliyyatlar həyata keçirilir .
Bununla da şirkət yemək çeki qarşısında yaranan növbələrdən , çek alıb – vermə
əməliyyatlarından çeklərin toplanması zamanı yarana bilən xətalardan azad olur . YNS
sistemində təkli oxutma nəticəsində 3 başka yemək satına nəzarət edilir . Bu yemək saatları
Açar Sözlər: fonet yazılım