Maliyyə hesabatları şirkətinizin maliyyə cəhətdən nə qədər uğurlu olduğuna dair müxtəlif, lakin bir-biri ilə bağlıməlumatlar verir.
• Gəlir bəyannaməsi vurğunu ən alt sıraya salır. Mühasibat qaydaları ilə o, şirkətinizin müəyyən vaxt ərzində(aylıq, rüblük, illik) nə qədər qazanc və ya zərər etdiyini bildirir.
• Balans hesabatı şirkətinizin ödəmə qabiliyyətinin olub-olmadığını göstərir. Müəyyən edilmiş gün üçün şirkətin nə qədər aktivləri, passivləri və səhmləri olduğunun qısa icmalını təqdim edir.
• Dövriyyə (pul) vəsaiti balansı şirkətin nə qədər nağd vəsait hasil etdiyini göstərir. Bu, həm də uzun müddətdə nağd vəsaitin haradan gəldiyini və nəyə sərf olunduğunu izləyir.
Artıq növbəti mərhələyə keçmək üçün bu hesabatların təqdim etdiyi rəqəmlərin nə mənaya gəldiyini anlamağa hazırsınızmı? Məsələn, şirkətin gəliri çoxdur, yoxsa az? Onun borcları səmərəlidir, ya yox? Bunlara əmsal təhlilləri ilə cavab verə biləcəksiniz. Maliyyə əmsalı maliyyə hesabatından götürülmüş və bir-biri ilə əlaqəli ifadə olunmuş iki rəqəmdən ibarətdir. Bu cür bir-birini izləyən əmsallar sənayenin hər npvü üçün yararlıdır. Lakin əgər öz şirkətinizin məhsuldarlığını müəyyən etmək istəyirsinizsə, adətən bu zaman ən əhəmiyyətli üsul sizinlə eyni sənaye sektorunda olan digər şirkətlərlə müqayisələr aparmaqdır.