Maliyyə məsələsi hər şirkət üçün əhəmiyyətlidir, çünki şirkətlər pul cəlb etməli və ticarəti inkişaf etdirmək
üçün onu xərcləməlidir. Zirək menecerlər vəsait cəlbetmə baxımından aşağıdakı məqamları diqqətdə saxlayırlar:
· Pulumuzun nə qədəri sahibkardan və nə qədəri satışlardan gəlir, nə qədəri borc alinir?
· Əmtəə xətlərimiz və satış dairələrimizdən hansılar ən çox qazanc əldə edir? Hansılar özünü doğrultmur?
·Müştərilərin bizə borclu olduğu pulları yığmaq üçün nə qədər vaxt gedir?
Xərcləmə tərəfdən isə:
· Xərclərimiz lazım olduğu qədərdirmi? İşçilərimizə, ofis yeri və ya kompüter avadanlıqları kimi maddi aktivlərə lazım olan qədərmi pul yatırırıq?
· Əgər inkişaf üçün bir neçə imkandan birini seçmək lazım gələrsə, hansı birinin bizə ən çox gəlir gətirəcəyini necə təyin edəcəyik?
· Məhsuldarlığımızı 20% artırmışıqsa, qazancımızı da 20% artıra bilərdikmi?
Şirkətimizin maliyye şöbəsi (yaxud əgər kiçik şirkətdirsə, mühasibi) maliyyə bəyannamələri, büdcə və proqnozlar təqdim edir. Bu sənədləri anlamaqla zəruri sualları verə biləcək və bölməniz, şöbəniz və ya komandanıza səmərəli olacaq qərarlar qəbul edə bilmək üçün lazımi məlumatları alacaqsınız.
Bu arada maliyyə məsələlərində sizə bəlkə də tanış olmayan istilahlardan istifadə olunur, bəzən də fərqli terminlər eyni mənanı verir. Məsələn, mənfəət və qazanc, ya da gəlir və mədaxil.
Üç əsas maliyyə bəyanatının gözdən keçirilməsi
Hər bir şirkətin əsas məqsədi pul qazanmaqdır. Əgər menecersinizsə, işinizin bir hissəsi də şirkətinizə gəlir əldə etməkdə (hər il daha çox qazancla) yardımçı olmaqdan ibarətdir.
Əlbəttə, ən ümdə hədəfi pul qazanmaq olmayan sahədə , qeyd–ticari, ya da dövlət sektorunda çalışa bilərsiniz. Bununla belə, siz yenə də daxil və xaric olan pullara nəzarət edəcəksiniz.
Harada işləməyinizdən asılı olmayaraq, xərcləri azaltmaqla, yaxud qazancı artırmaqla və ya hər ikisi ilə təşkilatınızm maliyyə durumunu yaxşılaşdırmağa,ona faydalı sərmayə qoymaqda və resurslarından ağılla istifadə etməkdə kömək edə bilərsiniz.
Ən yaxşı menecerlər təkcə büdcəyə nəzarət etmir, onlar həm də satışın təkmilləşdirilməsinin, xərc və aktivlərin daha effektiv idarə edilməsinin düzgün kombinasiyalarını axtarırlar. Onlar mədaxilin haradan gəldiyini, pulun necə xərcləndiyini, şirkətin nə qədər gəlir əldə etdiyini anlayırlar. Şirkətin qazancını nağd pula çevirməkdə (xeyr, bunlar eyni şey deyil,aradakı fərqi sonra müzakirə edəcəyik) nə dərəcədə ağıllı iş gördüyünü bilirlər.
Bütün bunları öyrənmək üçün menecerlər başlıca olaraq üç sənədə etibar edirlər: gəlir bəyannaməsi, balans hesabatı və dövriyyə vəsaitinin balansı. Bunlar maliyyə bəyanatları adlanır. Açıq səhmdar cəmiyyətləri, yəni səhmlərini birjada xalqa satanlar adətən hamıya açıq olan yekun rüblük maliyyə bəyanatları hazırlayırlar.Qapalı səhmdar cəmiyyətləri ( sahibi bir şəxs və ya ailə, yaxud da investor qrupları olanlar) isə əsasən öz maliyyə bəyanatlarını məxfi saxlayırlar.Lakin demək olar ki, hər bir şirkət daxili istifadə üçün müfəssəl hesabatlar hazırlayır.