Medya Turk Market Xidməti məhsullarınızın anbardakı hər növ əməliyyatlarını izləyə, məhsula görə mənfəət və ziyanınızın hesabatını yaza və satış aktivliyi olmayan məhsulları aşkar edə biləcəyiniz bir proqramdır. Bu proqrama əsasən barkodlu məhsul satışı və ona nəzarəti reallaşdıraraq müştərinin istəklərinə daha operativ cavab verəcəksiniz. Həmçinin Market Xidməti vasitəsiylə siz məhsullarınızı anbara giriş etdiyi andan satılana kimi izləyə və nəzarət edə bilərsiniz. Proqram satış vaxtlarının hesabatını hazırlamaq və bu yöndə satış planları yazmaq xüsusiyyətinə sahibdir.
Market Xidməti özəllikləri:
Satış məntəqəsinin idarəsi
- Departament, məhsul, gün və saata görə endirim etmək şansı
- Satışın artma-azalma aralığının izləməsi
- Satışları çeşidli mal qruplarına ( meyvə, süd məhsulları və s.) əsasən növlərə ayıraraq geniş informasiya alma imkanı
- Satış zamanı müştəriyə aid alış-verişi təqib edə bilmə
- Say, çəki və s. əsasən barkodlu satışın reallaşdırılması
- Ətraflı fakturanın müştəriyə ən sürətli şəkildə verilməsi
- Çəki ilə satışı həyata keçirilən məhsullar üçün barkodlu tərəzi istifadəsi
Müştərilərlə əlaqələrin idarəsi – CRM
- Müştəriləriniz üçün qiymət və hədiyyələrin müəyyən edilməsi – Endirim Kartları
- Müştəriləri fərqli bölgülərə ayıra bilmə, onların təklif və iradlarını izləyə bilmə
- Alış-veriş təhlilinə görə müştərilərin istəklərinin müəyyənləşdirilməsi
- Müştərilərə məxsus informasiyaların ətraflı şəkildə izlənilməsi
- Müştərilərinizin təhsil və peşə dərəcəsi ilə əlaqədar informasiyalar izləyə bilər, müştəri bölünməsi yaradaraq məhsul müxtəlifliyini buna uyğun tənzimləyə bilmə
Kassa əməliyyatları
- Bank hesabı ilə nağd kassa arasında pul köçürmələrinin izlənməsi
- Kassalar üçün istədiyiniz qədər kassir seçə bilərsiz
- Reallaşdırılan satış, ləğv etmə və qaytarılma əməliyyatları
- Günlük kassa reportunun ətraflı yaxud xülasə kimi qəbul edilməsi
Anbarın idarə olunması
- Hər növ giriş-çıxış sənədlərində barkod oxuya bilən mobil cihazların istifadəsi
- Edilən sifarişlər yönündə anbar giriş-çıxış sənədlərinin avtomatik şəkildə yazılması
- Anbarlar ilə bağlı hər növ giriş və çıxış sənədlərinin tənzimlənməsi, onlar arasında köçürmələrin və hesablama əməliyyatlarının reallaşdırılması
- Məhsullarınızın satış halının və satış xərcinin tək hesabatda təhlil edilməsi
- Avtomatik hesablama əməliyyatına görə hesablama əvvəli və sonrası məhsullarınızın halını müqayisə edə bilər, məhsul zərərlərinizi izləyə bilərsiz
- Məhsul bölgüləri (süd məhsulları, şirniyyat və s.) təyin etmə və onlar əsasında detallı informasiyalar qəbul etmə
- Anbar və mağazaya görə məhsul qalığı izləməsinin reallaşdırılması
Təchizatçılarla İşin idarəsi
- Təchizatçılar ilə hesabatların izlənilməsi
- Təchizatçıya görə məhsul qalıqları və dövriyyənin izlənilməsi
- Satınalma sifarişlərinizi iki hissəli şəkildə (sifariş tələb və sifariş təsdiq) izləyə bilər, istədiyiniz valyuta növündə hesablar istifadə edə bilərsiz
- Dəyişdirilmə və qaytarılma əməliyyatlarının reallaşdırılması
- Satış sifarişlərinizin e-mail ilə avtomatik şəkildə təchizatçılara yönləndirməsi