Medya Turk Restoran İdarəetmə Sistemi sürətli, dəqiq və praktik xidmətə sahib olaraq müştəri məmnuniyyətini artırmağınıza kömək olacaq. Beləki, bu sistem vasitəsiylə siz sifarişlərinizi sensor ekran, əl terminalı, müştəri tanıma xüsusiyyəti ilə telefon və ya internet üzərindən asanlıqla əldə edə bilərsiz. Qalarest Restoran xidməti restoranlardan əlavə otel, tətil kəndi, fast food, kafe, bar, çay evi və s. kimi xidmət yerlərinin də avtomatik sistemə keçməyini nəzərdə tutur. Sistem müxtəlif miqyas və kontentli müəssisələrin ehtiyacına uyğun hazırlanıb. Sensorlu xidmət avantajı ilə sifariş sisteminizi sürətləndirəcək və xidmət səviyyənizi artıracaq. Müştərilərinizin sifarışləri əl terminalları yaxud sensorlu ekrandan Wi-Fi vasitəsiylə mərkəzi sistemə gəlir. Sonra isə sifarişlər bar, mətbəx kimi müəyyən sektorlara bölünür və dərhal avtomatik çapdan çıxır. Həmçinin, yemək servisinizə uyğun təamların şəklini də yerləşdirə bilərsiz. Sistem sayəsində satış vəziyyətinizi internet yaxud sms olaraq bildiriş alaraq işinizi hər saat, hər an izləyə bilərsiz.
Sistemin avantajları
- Sistem sayəsində sizin daim kassada durmaq məcburiyyətiniz ortadan qalxır.
- Sistem kassanı avtomatik idarə edərək qeydiyyat yerinə yetirir.
- İş prosesində yol veriləcək səhvləri minumima endirir.
- Xərclərə, ödənişlərə avtomatik nəzarət edir.
- Varolan yemək tariflərininə görə ərzaq anbarına nəzarət edir.
- İşçi heyətin işini asanlaşdırır və bəzi işçi funksiylarını yerinə yetirərək çaşqınlığı yox edir.
- Müştərilərinizdə sizə qarşı güvən yaradaraq onların məmnuyyitəni qazandırır.
Sistemin funksiyaları:
- Anbar bazasından olan çıxarışları avtomatik idarə edir.
- Sifarişlər praktik və tez qəbul olunur.
- Sifarişlərin müştəriyə təqdim olunmasında qarışıqlıq və ləngimə yaşanmır.
- Satışlar menyu bazasından program vasitəsiylə avtomatik olaraq çıxır.
- Satışlar müştəri hesablarına dərhal köçürülür.
- Touchscreen ekranla istifadə rahatlığı ilə təmin edir.
- Mobil telefon və əl terminalları kimi digər cihazlara qoşula bilir.
- Eyni zamanda bir neçə terminaldan istifadə imankını şəbəkə əlaqəsi hesabına dərhal həyata keçirir.
QalaREST restoran sistemi yardımçı və üstün özəllikləri ilə sizə istifadə rahatlığı təklif edir:
- Bu program ilə müəssisənizdəki masaların servisə açılma vaxtını, müddətini, masada əyləşən şəxslərin sayını və ümumi hesab kimi bilgiləri tək ekrandan görə bilərsiz.
- Sifariş zamanı müştərilərin arzusuna uyun qeydlərin aparılmasını təmin edir. (qaynar, soğansız, tam qızarmış və s. kimi)
- Sifərişlər qəbul olunan kimi avtomatik mətbəxdə görülür.
- Bütün hesab işləri avtomatik həyata keçdiyindən rəqəmlərdə heç bir qarışıqlıq yaşanmır.
- Bütün müəssisə bölümlərinə tək yerdən kontrol imkanı verir.
- Müxtəlif zalları, mərtəbələri, həyəti yaxud ayrıca masanın belə aylıq, həftəlik, gündəlik hesabatını çıxara bilərsiz. Bu istənilən tarix nizamlaması sizə iş planlamanızda effetktivlik bəxş edər.
- İşçi heyətlə bağlı bütün əməliyyatları bu sistemlə həyata keçirə bilərsiz. Onların maaş, avans, iştirak, kuryer təqibi, istirahət günü, mükafatlar və s. kimi işləri sistemlə analiz edərək səmərəlilik qazana bilərsiz.
- Umumiyyətlə müəssisəyə dair bütün hesabatlarınızın analizini bu sistemlə edə bilərsiz.
- İstənilən ödəmə yolu ilə hesab işlərinizi həll etmə avantajına sahib ola bilərsiz.
- Çoxlu dil dəstəyindən faydalana bilərsiz.
- Sistemə istədiyiniz an harda olmağınızdan asılı olmayaraq internetlə daxil ola və online nəzarəti ələ ala bilərsiz.