Adres 1:
Azerbaijan/Baku, Ahmad Rajabli 4/12.
Adres 2:
Azerbaijan/Sumayit, Heydər Əliyev pr. 45-ci mkr 1-ci mərtəbə.
Mob: (070) 611 88 11
Mob: (055) 409 05 85
Tel: (012) 409 03 03
Fax: (012) 409 03 03
Email: info@medyaturk.az
Email: sumgait@medyaturk.az
Şirkət haqqında
“Medya Turk Group” Müştərilərlə iş zamanı şirkətinin vurğuladığı məqamlar hər bir müştəri qurumun tələblərinə tam şəkildə cavab verən kompleks həll və biznesinin inkişafı üzərində qurulub. Bu məqsədlər hələ pre-konsaltinq və ilkin layihələşdirmə səviyyəsində düzgün fokuslaşmış priritetlər və individual yanaşma tərzi sayəsində həyata keçirilir.
Azərbaycanın böyük potensialı və güclü inkişaf dinamikası yeni-yeni investisiya imkanları və sahələrini açmaqdadır. Xarici investorların yüksək loyallığı, bazarın dinamik irəliləyişləri, cəmiyyətin artan tələbatları bir çox mövcud yerli və xarici şirkətlərin rəqabətlilik səviyyəsinin artmasına gətirib çıxarmışdır. Bu proses indi də davam etməkdədir. Odur ki, uğurlu, dinamik inkişaf edən, texnoloji səviyyəsi və korporativ idarəçiliyi beynəlxalq səviyyədə təşkil olunmuş şəffaf bir təşkilat olmaq hər bir qurum üçün əsas faktorlardan birini təşkil etməkdədir. Artan rəqabət və gəlirlərin dinamikası isə effektiv marketinq strategiyalarının tətbiqini tələb edir. Brendin fərqli cəhətlərinin və korporativ ideyanın düzgün formada vizuallaşdırılması (istər peşəkar reklam və PR, istərsə də yüksək səviyyədə tərtib edilmiş İnternet təmsilçiliyi) bilavasitə brendin qiymət artımına təsir edir. Belə ki, istənilən təşkilatın/brendin nailiyyətlərinin zəruri informasiya daşıyıcılarında vaxtında və obyektiv formada təqdim edilməsi menecmentin yüksək səviyyəsindən xəbər verməklə korporativ imicinin özülü sayıla bilər.
Qeyd edilən kontekstdə kommunikasiya, texnologiya, menecment və informasiya alətlərindən istifadə “Medya Turk” şirkətinə öz müştərilərinin inkişaf strategiyalarının və məqsədlərinin hədəf auditoriya tərəfindən məhz qarşıya qoyulmuş məqsədlər çərçivəsində loyal qəbul edilməsinə kömək edir. Peşəkar səviyyədə təşkil olunmuş biznes prosesləri və təcrübəli, bazar iqtisadiyyatının dəqiq analizləri və müştəri istəkləri sahəsində dərin biliklər bizə bu məsələləri həll etməyə imkan verir.